Ana Sayfa > Karusel / Qarabağ > Xankəndidən Bakıya zəng edən erməni kimdir? - “Deyir ki, həmişə birlikdə yaşamışıq”

Xankəndidən Bakıya zəng edən erməni kimdir? - “Deyir ki, həmişə birlikdə yaşamışıq”


21-12-2022, 12:37. Yazar: Admin

Xankəndidən Bakıya zəng edən erməni kimdir? - “Deyir ki, həmişə birlikdə yaşamışıq”

Xəbər verdiyimiz kimi, Azərbaycanın Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti nəzdində fəaliyyət göstərən "Qadın: Sülh və Təhlükəsizlik Mərkəzi"nin rəhbəri Dilarə Əfəndiyeva Qarabağda yaşayan ermənilərin tez-tez zəng vuraraq müxtəlif suallar verdiyini açıqlayıb. 

Onun sözlərinə görə, yüzlərlə erməni Bakıya zəng vuraraq Laçın yolunun niyə bağlı olduğunu soruşub: “Zəng edən ermənilər məsələ ilə bağlı bizim məqsəd və məramımızı öyrənməyə çalışırlar. Təbii ki, həmin şəxslərə izah olunur ki, yolu biz bağlamamışıq”.

Qarabaginfo.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Müasir Müsavat Partiyasının başqanı Hafiz Hacıyev rusların ermənilərlə bizim aramızda konfikt yaratmağa çalışdığını deyib:

“Bu məsələdə problem yaradanlar Rusiyanın sülhməramlılarıdır. Onlar çalışırlar ki, bizim oradakı erməni soydaşlarımızla Azərbaycan arasında konflikt yaransın. Rusların ora gətirib qoyduğu Vardaryan işləri pozmaq istəyir. O istəmir ki, həmin bölgədə əmin-amanlıq yaransın. Yaxın vaxtlarda orada Azərbaycanın güc strukturları, meri öz təyinatını alacaqlar. Onlar bunu bildiklərinə görə bu məsələdə provokasiya ilə məşğuldurlar”. 

Onun sözlərinə görə, hazırda Qarabağda yaşayan ermənilər Azərbaycan hakimiyyətinə müraciət etmək üçün imza toplayırlar:

“Bizim oradan müəyyən məlumatlarımız var, orada da işlər aparılır, Azərbaycan hakimiyyətinə müraciət etmək üçün ermənilərin imzaları toplanır. Onlar istəyirlər ki, terroristlərdən canlarını qurtarsınlar. Hər halda, bu yöndə işlər gedir, düşünürəm ki, yaxın günlərdə bu məsələlər öz həllini tapacaq. Biz çalışmalıyıq ki, oradakı rusları neytrallaşdıraq və silahlı dəstələr oradan çəkilsin. Bizdə olan məlumata görə, artıq silahlı dəstələr yavaş-yavaş oradan çıxıb gedirlər. Onlar axıra qədər duruş gətirə bilməyəcəklər, onsuz da bu mənasızdır. Biz isə onlara müəyyən qədər vaxt verməliyik ki, ya bizim vətəndaşlığımızı qəbul edib otursunlar, ya da çıxıb getsinlər. Əgər buna tabe olmasalar, antiterror əməliyyatlarına başlanacaq, bax, bunu onlara çatdırmaq lazımdır. Bildiyim qədərilə də bu onlara çatdırılır”. 

H.Hacıyev qeyd edib ki, Xankəndidə yaşayan ermənilərin böyük qismi azərbaycanlılarla bir yerdə yaşamağa tam hazırdır:

“Bizdə olan məlumata görə, xaricdən gətirilənlər yox, amma əslən Xankəndidən olan, Qarabağda doğulub-böyüyən, dədə-babadan orada yaşamış ermənilərin hamısı bizimlə yaşamağa razıdır. Mənim orada tanışlarım var. Danışıqlar gedir və hamısı deyir ki, biz razıyıq, həmişə qonşu olmuşuq, bir yerdə yaşamışıq, indi də yaşamağa hazırıq, sadəcə içimizdə olan müəyyən adamlar var ki, onlar sizinlə birlikdə yaşamağımıza razı deyil. Orada Livandan, Suriyadan gətirilənlər var, həmin ermənilər istəmir ki, Xankəndidə olanlar bizimlə yaşasınlar. Bu məsələ də aradan qalxsa, Qarabağda yaşayan, orada anadan olmuş ermənilər bizimlə yaşamağa və bizim qanunlara tabe olmağa tam hazırdırlar”.


Geri dön