Ana Sayfa > Karusel > Naxçıvan Ali Məclisi təcili toplandı
Naxçıvan Ali Məclisi təcili toplandı21-12-2022, 11:39. Yazar: Admin |
Naxçıvan Ali Məclisinin qapalı iclası keçirilir. İclasa Muxtar Respublikanın heç bir naziri dəvət almayıb. İclasın gündəliyi barədə rəsmilərə məlumat verilməsə də, Naxçıvanla bağlı mühüm qərarların qəbul ediləcəyi gözlənilir. Qeyd edək ki, bir müddət əvvəl DTX Naxçıvanda əməliyyat keçirib. Əməliyyatlar nəticəsində Naxçıvanda üç rəsmi şəxs – maliyyə naziri Əliyev Rafael, Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur və Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs edilib. Onlar “xüsusilə külli miqdar”da dövlət vəsaitinin mənimsənilməsində ittiham edilirlər. Geri dön |