Ana Sayfa > Karusel / Manşet > Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edəcək

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edəcək


20-12-2022, 20:21. Yazar: Admin

Müdafiə naziri Türkiyəyə səfər edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak etmək üçün dekabrın 20-də Türkiyəyə səfər edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Keçiriləcək görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılacaq.


Geri dön