Ana Sayfa > Karusel / Region > Ermənistan parlamentində “Laçın dəhlizi” ilə bağlı MÜBAHİSƏ
Ermənistan parlamentində “Laçın dəhlizi” ilə bağlı MÜBAHİSƏ20-12-2022, 16:38. Yazar: Admin |
Üçtərəfli bəyanata əsasən, “Laçın dəhlizi” Rusiya sülhməramlılarının nəzarətindədir.
"Absurdun həddi-hüdudu yoxdur. Amen Qriqoryanın anası da Qarabağda yaşayır və hazırda blokadadadır. O Qarabağdan niyə imtina edir? Ciddisiniz?", - Ruben Rubinyan müxalifətə səslənib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da parlamentin növbədənkənar iclasında Rusiyadan narazılıq edib: "Mən müxalifəti bu istiqamətdə işləməyə çağırıram ki, Rusiya öz öhdəliklərini yerinə yetirsin və “Laçın dəhlizin”də nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətini təmin etsin. Biz də Rusiya ilə birlikdə “Laçın dəhlizi”nin tez bir zamanda açılması üçün işləyirik".
“Ermənistan Respublikası, Rusiya Federasiyasının bacarmadığını niyə siz edə bilmirsiniz?”. Dedikləriniz məntiqdən uzaqdır. Başqa bir sual: "Belə bir vəziyyətdə necə davranmalıyıq?". “Laçın dəhlizi” məsələsində Ermənistan Rusiya Federasiyasına kömək etməlidir, ya yox?.. Əgər kömək edirsə, deməli, kömək etdiyini bildirməliyəm. Məsələn, o, BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb”, - hakim partiyadan olan deputat bildirib.(Modern.az) Geri dön |