Ana Sayfa > Karusel / Siyasət > Baş Prokurorluğun Mətbuat xidmətinə rəhbər təyin olunub

Baş Prokurorluğun Mətbuat xidmətinə rəhbər təyin olunub


20-12-2022, 14:09. Yazar: Admin

 

Baş Prokurorluğun Mətbuat xidmətinə rəhbər təyin edilib.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Hacıyev Saleh Ruslan oğlu bu vəzifəyə təyinat alıb.

Saleh Hacıyev buna qədər Baş Prokuror Kamran Əliyevin xüsusi məsələlər üzrə köməkçisi olub.

Qeyd edək ki, bir müddət əvvəl Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə tutduğu vəzifədən azad olunaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müvafiq vəzifəyə təyin edilib.


Geri dön