Ana Sayfa > Karusel / Qarabağ > “Anglo Asian" şirkəti “Qızılbulaq” və “Dəmirli” yataqlarına təhlükəsiz çıxışın təmin edilməsi üçün beynəlxalq təşkilatlardan dəstək istəyib

“Anglo Asian" şirkəti “Qızılbulaq” və “Dəmirli” yataqlarına təhlükəsiz çıxışın təmin edilməsi üçün beynəlxalq təşkilatlardan dəstək istəyib


20-12-2022, 13:46. Yazar: Admin

“Anglo Asian" şirkəti “Qızılbulaq” və “Dəmirli” yataqlarına təhlükəsiz çıxışın təmin edilməsi üçün beynəlxalq təşkilatlardan dəstək istəyib

“Anglo Asian Mining” PLC BMT, ABŞ Dövlət Departamenti, Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi və Avropa İttifaqı daxil olmaqla bir sıra beynəlxalq təşkilatın və hökumətin yüksək səviyyəli nümayəndələrinə Şirkətin biznes fəaliyyəti və hazırda başqaları tərəfindən istismar edilən yataqların üzərindəki mədən hüquqları ilə bağlı məktub ünvanlayıb.

Qarabaginfo.az xəbər verir ki, şirkət bu qurumlardan öz qanuni biznes hüquqlarının bərpasına və işçilərinə “Qızılbulaq” və “Dəmirli” mədənlərinə və Qarabağda ətraf ərazilərə təhlükəsiz çıxışın təmin edilməsinə dəstək göstərilməsini istəyib.

Bundan əvvəl 2006-cı ildə “Anglo Asian” şirkəti bu hökumət strukturlarının hər birinə öz mülkiyyət üstünlüyünün təsdiqlənməsi ilə bağlı bənzər məktublar ünvanlayıb.

Azərbaycandakı əsas aktivlərindən əlavə, “Anglo Asian Mining” PLC Qarabağda iki kontrakt əraziyə - “Qızılbulaq” mis-qızıl yatağı və “Dəmirli” mis-molibden yatağına qanuni hüquqa sahibdir. Bu kontrakt ərazilər Rusiya sülhməramlılarının nəzarəti altında olan bölgədə yerləşsə də, şirkət bəyan edir ki, erməni şirkətləri bu ərazilərdə qanunsuz istismarı davam etdirirlər.

Orta Asiyanın qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining” PLC geniş istehsal portfoliosuna və Azərbaycanda hasilat aktivlərinə sahibdir.

31 dekabr 2021-ci il tarixinə olan nəticəyə görə şirkət 64,610 unsiya qızıl ekvivalenti istehsal edib.

2021-ci ilin dekabrında şirkət “Libero Copper & Gold Corporation” ("Libero") müəssisəsinin 19.8 faizinə sərmayə qoyub. Libero Kanada birjasının (TSX Venture Exchange) siyahısındadır və Kolumbiyada Mokoa da daxil olmaqla dünyanın ən böyük işlənməmiş mis-molibden yataqlarının olduğu Şimali və Cənubi Amerikada bir neçə mis mədənlərinin hasilatı hüququna sahibdir və ya bu hüququ əldə etmək imkanına malikdir.

2022-ci ilin 5 iyulunda Azərbaycan Milli Məclisi Şirkətin “Hasilatın Pay Bölgüsü” Sazişinə dəyişiklikləri təsdiq edib. Bu dəyişikliklər şirkətə Qarabağda mis-profir yatağı da daxil olmaqla ümumi sahəsi 882 kv. kilometr olan 3 əlavə konsessiya verib.

Sovet dövründə yatağın 300 min tondan çox ehtiyatının olduğu qiymətləndirilib.


Geri dön