Ana Sayfa > Karusel / Dünya > Rusiyada daha 153 nəfər pandemiyanın qurbanı oldu
Rusiyada daha 153 nəfər pandemiyanın qurbanı oldu21-07-2020, 11:57. Yazar: Admin |
Rusiyada son bir gündə daha 5 842 nəfərə COVID-19 diaqnozu qoyulub. Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 777 486 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 153 nəfər artaraq 12 580-ə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 783 328 nəfər sağalıb. Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 602 nəfər. "Report" Geri dön |