Ana Sayfa > Karusel / Siyasət > DSX Akademiyasına yeni rəis təyin olundu

DSX Akademiyasına yeni rəis təyin olundu


20-12-2022, 10:09. Yazar: Admin

DSX Akademiyasına yeni rəis təyin olundu

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasına yeni rəis təyin edilib.

Qrabaginfo.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə akademiyanın rəisi vəzifəsinə general-mayor Azər İbrahimov gətirilib. Əvvəlki rəis, general-mayor Aqil Babayev isə Xidmətin Aparatında başqa vəzifəyə təyinat alıb.

Qeyd edək ki, Azər İbrahimov bu təyinata qədər DSX-nin İstintaq və Təhqiqat İdarəsinin rəisi idi.

Xatırladaq ki, xəbəri ilk olaraq "Gununsesi.info" saytı yayıb.


Geri dön