Ana Sayfa > Karusel / Siyasət > Hikmət Hacıyev: "BMT Təhlükəsizlik Şurasının qətnamələrin yerinə yetirilməsi mexanizminə yenidən baxılmalıdır"
Hikmət Hacıyev: "BMT Təhlükəsizlik Şurasının qətnamələrin yerinə yetirilməsi mexanizminə yenidən baxılmalıdır"21-07-2020, 11:45. Yazar: Admin |
“Hadisələrin gedişi göstərir ki, yalnız atəşkəs kifayət deyil”. Qarabaginfo.az xəbər verir ki, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. H. Hacıyev deyib ki, Ermənistan atəşkəsin arxasında gizlənərək təcavüz siyasətini davam etdirir: “Bu xüsusda BMT Baş Katibinin müraciətinə cavab olaraq deyirik ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməli, bu qətnamələrin yerinə yetirilməsi mexanizminə yenidən baxılmalıdır” APA Geri dön |