Ana Sayfa > Karusel / Hadisə > Talıbovun evinin qarşısından polis postu götürüldü

Talıbovun evinin qarşısından polis postu götürüldü


19-12-2022, 17:51. Yazar: Admin

Talıbovun evinin qarşısından polis postu götürüldü

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun evinin polislər tərəfindən qorunmasına son qoyulub.

Qarabaginfo.az Ovqat.com-a istinadla xəbər verir ki, Talıbovun evinin dövlət əhəmiyyətli obyekt kimi mühafizəsi dünəndən dayandırılıb.

Bildirilib ki, Vasif Talıbovun malikanəsi indiyədək 9 polis tərəfindən növbəli şəkildə mühafizə olunurdu. Hər 2 gündən bir 3 polis əməkdaşı növbə dəyişirdi.

Dünəndən isə onun evinin qarşısındakı polis postu ləğv olunub. Evinin qarovulçuları dünən Naxçıvan şəhər Polis İdarəsinin Post-Partul Xidmətinə çağırılıb və onlara artıq qanuni iş yerlərinə qayıtmaları barədə göstəriş verilib. Əmr Post-Patrul Xidmətinin komandiri Hümbət Allahverdiyev tərəfindən rəsmən elan olunub.


Geri dön