Ana Sayfa > Karusel / Region > "Rusiya Ukraynadan sonra Azərbaycanla da məşğul olacaq" - VİDEO
"Rusiya Ukraynadan sonra Azərbaycanla da məşğul olacaq" - VİDEO19-12-2022, 16:51. Yazar: Admin |
"Azərbaycan Türkiyə və ABŞ-ın təhriki ilə Rusiya üçün ciddi problemlər yaradır..."
Moskva Beynəlxalq Münasibətlər İnstitutunun hərbi-siyasi tədqiqatlar Mərkəzinin aparıcı eksperti, siyasi elmlər doktoru Mixail Aleksandrovun ardınca Rusiyanın daha bir nümayəndəsi Azərbaycanın ünvanına açıq təhdid yağdırıb.
"Rusiya Ukrayna ilə məsələni həll edəndən sonra, - bu isə yayadək həll ediləcək, - Rusiya Silahlı Qüvvələrinin əl-qolu açılacaq və bundan sonra Azərbaycanla məşğul olacaq".
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Federasiyası raket və artilleriya elmləri Akademiyası prezidentinin müavini Konstantin Sivkov bəyan edib.
"Biz 1000 km-lik cəbhə ilə məsələni həll etdikdən sonra Azərbaycanla da məsələni həll edəcəyik.
Hələlik, Rusiya Azərbaycanla diplomatik kanallarla işləyir.
Azərbaycan Türkiyə və ABŞ-ın təhriki ilə Rusiya üçün ciddi problemlər yaradır, Rusiya rəhbərliyi və Rusiya bunu unutmayacaq", - Sivkov təhdid edib.
Rusiyalı üzdəniraq ekspertlərin ölkəmizə qarşı təhdidləri barədə tapşırıq Rusiyanın hakim dairələrinin sifarişi olduğu şübhə doğurmur.(Moderator.az)
Geri dön |