Ana Sayfa > Karusel / Manşet > İrəvan-Moskva təyyarəsi Azərbaycan ərazisində olarkən həyəcan siqnalı verilib

İrəvan-Moskva təyyarəsi Azərbaycan ərazisində olarkən həyəcan siqnalı verilib


18-12-2022, 20:32. Yazar: Admin

İrəvan-Moskva təyyarəsi Azərbaycan ərazisində olarkən həyəcan siqnalı verilib

İrəvan-Moskva reysi ilə uçan biznes təyyarəsində həyəcan siqnalı işə düşüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Flightradar 24” xidməti məlumat yayıb.

 

Hazırda uçuşun davam etdiyi qeyd edilir.

Zvartnots hava limanından saat 18:40-da havaya qalxan “Hawker 800A” təyyarəsində 8 sərnişin olub.

Bir neçə dəqiqədən sonra hava gəmisi Azərbaycan ərazisində olarkən həyəcan siqnalı verilib.

Təyyarənin Vnukovoda enişi Bakı vaxtı ilə saat 22:52-də planlaşdırılır.


Geri dön