Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Serblər Kosovoda yenidən barrikadalar qurub
Ana Sayfa > Karusel / Manşet > Serblər Kosovoda yenidən barrikadalar qurub

Serblər Kosovoda yenidən barrikadalar qurub


17-12-2022, 23:07. Yazar: Admin

Serblər Kosovoda yenidən barrikadalar qurub 

Serblər Kosovonun şimalındakı Zveçan bələdiyyəsində yeni barrikadalar qurub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Kosovo polisi məlumat yayıb.

Polis bildirib ki, serblər ölkənin şimalında vətəndaşların hərəkət azadlığına mane olur. Təhlükəsizlik qüvvələri bütün vətəndaşların və ölkənin təhlükəsizliyini təmin etməyə davam etdiyini açıqlayıb.

"Ölkənin şimalında barrikadalar qurulandan bəri təhlükəsizlik vəziyyəti eyni olaraq qalır", - rəsmi məlumatda deyilir.

Açıqlamada, həmçinin barrikadaların qurulması nəticəsində hərəkət azadlığının pozulduğu vurğulanıb.


Geri dön