Ana Sayfa > Karusel / Manşet > Yeni prezident istefa verməkdən imtina etdi
Yeni prezident istefa verməkdən imtina etdi17-12-2022, 22:18. Yazar: Admin |
Perunun yeni seçilmiş prezidenti Dina Boluarte ölkədə baş verən etirazlar fonunda istefa verməyəcəyini bildirib. Qarabaginfo.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb. O, yeni seçkilərin keçirilməsinə çağırış edib. “Mənim istefam nəyi həll edir? Konqres seçkilərin təyin edilməsi barədə qərar qəbul edənə qədər biz burada qətiyyətlə dayanacağıq”, - deyə Prezident bildirib. Perunun sabiq prezidenti Pedro Kastilyo Konqresi buraxmağa cəhd etdikdən sonra dekabrın 7-də ona qarşı impiçment elan edilib və həbs olunub. Ardınca ölkədə baş verən etirazlarda ən azı 18 nəfər həlak olub. Geri dön |