Ana Sayfa > Karusel / Manşet > Azərbaycanda daha 106 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib
Azərbaycanda daha 106 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib17-12-2022, 16:47. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 106 yeni yoluxma faktı qeydə alınıb, 52 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 4 nəfər ölüb. Azərbaycanda indiyədək ümumilikdə 825 337 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 814 801 nəfər müalicə olunaraq sağalıb, 9 986 nəfər vəfat edib, aktiv xəstə sayı 543 nəfərdir. Ölkədə son sutka ərzində 2184, hazırkı dövrədək isə 7 405 485 test aparılıb. Geri dön |