Ana Sayfa > Karusel > Sumqayıtda 33 yaşlı oğlan qətlə yetirildi

Sumqayıtda 33 yaşlı oğlan qətlə yetirildi


17-12-2022, 14:55. Yazar: Admin

Sumqayıtda 33 yaşlı oğlan qətlə yetirildi

 

Sumqayıtda 33 yaşlı kişi bıçaqlanaraq öldürülüb.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

 

Qeyd edilib, bu gün saat 14 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində qəsəbə sakini 1989-cu il təvəllüdlü Cavid Şirməmmədovun bıçaq xəsarətləri ilə öldürülməsi barədə polisə məlumat daxil olub.

 

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən olunub. Onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Geri dön