Ana Sayfa > Karusel / Region > "Putin Kadırova Zelenskini qətlə yetirməyi sifariş edib" - "The Wall Street Journal"

"Putin Kadırova Zelenskini qətlə yetirməyi sifariş edib" - "The Wall Street Journal"


17-12-2022, 13:37. Yazar: Admin
"2022-ci ilin fevralın 25-də kadırovçular üç zirehli texnika karvanı ilə Ukraynaya daxil olub..."
"Uğursuzluğa düçar olan Kadırov gizli səfərbərliyə başlayıb..."
 
"Putin Kadırova dəstək vermək və regionda onun nüfuzunu artırmaq üçün Rusiya büdcəsindən böyük pullar xərcləyib..."
 
"Çeçenistan rəhbərinin Putinlə birbaşa rabitə xətti var..."
 
Putin Ukraynaya hərbi müfaxilənin ilk günlərində Kadırova Zelenskini qətlə yetirməyi və Kiyevdə hökumət məhəlləsini ələ keçirməyi əmr edib
 
Rusiyanın Ukraynaya tam miqyaslı hərbi müdaxilənin əvvəlində Çeçenistanın rəhbəri Ramzan Kadırov Rusiya diktatoru Vladimir Putindən Kiyevdə hökumət məhəlləsini ələ keçirmək və Ukrayna prezidenti Vladimir Zelenskini qətlə yetirmək əmri alıb.
 
"Xüsusi əməliyyat" başlamazdan öncə Putin Kadırovu "strategiyanın işlənib hazırlanması" üçün Moskvaya çağırıb.
 
Qarabaginfo.az xəbər verir ki, bu barədə USQ və Ukrayna kəşfiyyatının nümayəndələrinə istinadən "The Wall Street Journal" nəşri məlumat yayıb.
 
Nəşr qeyd edir ki, artıq 2022-ci il fevralın 25-də kadırovçular üç zirehli texnika karvanı ilə Ukraynaya daxil olub.
 
Ukrayna kəşfiyyatının ələ keçirdiyi videoda yüksək vəzifəli kafir Kadırova məlumat verir ki, "saat düz 00:00-dır, biz 1500 nəfər şəxsi heyətlə, ən yaxşı xüsisi bölmələrlə, ən yaxşı döyüşçülərlə hərəkətə başlayırıq". 
"Kadırovçular"ın ilk üç qrupu Kiyevə gedən yolda, demək olar ki, tamamilə məhv edilib. Digər iki qrup yenidən qruplaşmalı olub. Onlar Ukrayna paytaxtına çata bilməyərək hücumu dayandırıb.
 
Öz yaraqlılarının uğursuzluğundan sonra Kadırov gizli səfərbərliyə başlamağı tapşırıb.
 
Nəşr yazır ki, Çeçenistanın məmurları və dini liderləri idman zalları, oyun klubları və digər ictimai yerləri gəzərək, Ukraynaya qarşı tammiqyaslı müharibədə iştirak etmək üçün ayda 300 min rubladək təklif edib.
 
Əvvəlcə Kadırovun güc strukturları ən həssas kateqoriyadan olanları cəlb edib. Bunlar borcları, məhkumluğu olan, yaxud mavi hesab edilən kişilər aid edilib, onlar həbsxana ilə təhdid edilib.
 
Sonradan "kadırovçular" öz üzərinə "maneə dəstələri" rolunu götürüb. Onların vəzifəsi rus hərbçilərinə döyüş meydanını tərk etməyə imkan verməmək olub.
 
Kadırovun yaraqlıları həmçinin Ukraynanın işğalçıların zəbt etdiyi şəhər və kəndlərə göndərilib. Orada onlar dindirmələr aparıb, yerli sakinlərə qəddar işgəncələr verib, axtarışlara məruz qoyub, partizanları axtarmağa cəhd edib.
 
Məqalədə həmçinin Kadırovla Putinin münasibətlərindən danışılır, Putin "on illərlə Çeçenistan rəhbərinə dəstək verilməsinə və onun regionda nüfuzunun artmasına Rusiya büdcəsindən böyük pullar sərf edib. Ona gorə də hazırda 46 yaşlı çeçen hərbçisi Putinin Ukraynada müharibəsində tələblərini icra etməyə cəhd göstərir".
"Putinin dəstəyi və pulları Kadırovu sıfırdan qəhrəmana çevirib, lakin onu həm də həssas və tamamilə ondan asılı vəziyyətə salıb", - bunu əvvəllər müharibənin qarşısını almaq üçün işləyən Brüsselin "İnternational Crisis Group" analitik mərkəzində çalışan çeçen eksperti Yekaterina Sokiryanskaya deyib.
 
Nəşrin aralarında Kremlin sabiq məmuru da olan mənbələri bəyan edib ki, Çeçenistan rəhbərinin Putinlə birbaşa rabitə xətti var, Rusiya diktatoru Kadırovla, Rusiyanın digər qubernatorları kimi, köməkçiləri vasitəsilə deyil, şəxsən təmasda olur.
 
"Obozrevatel" məlumat verib ki, işğal edilmiş Melitopol şəhərinə Kadırovun qohumu kurator təyin edilib. İşğalçılar bunu ona görə ediblər ki, müvəqqəti işğal edilmiş Zaporojye vilayətinin aqrar sahəsini talan etməkdə davam etsinlər.(moderator.az)

Geri dön