Ana Sayfa > Karusel / Manşet > Stoltenberq: “Putinin nüvə ritorikasının məqsədi bizi Ukraynanı dəstəkləməkdən çəkindirməkdir”

Stoltenberq: “Putinin nüvə ritorikasının məqsədi bizi Ukraynanı dəstəkləməkdən çəkindirməkdir”


16-12-2022, 22:58. Yazar: Admin

Stoltenberq: “Putinin nüvə ritorikasının məqsədi bizi Ukraynanı dəstəkləməkdən çəkindirməkdir”

Rusiyanın Ukraynaya hücumu İkinci Dünya Müharibəsindən sonra Avropanın üzləşdiyi ən ağır təhlükəsizlik böhranıdır.

Qarabaginfo.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq “France24“ə müsahibəsində deyib.

 

“Bu təhlükəsizlik üçün mühüm andır, dönüm nöqtəsidir”, - deyə o qeyd edib.

Stoltenberq son vaxtlar Putindən gələn nüvə təhdidlərinin azaldığını qeyd etsə də Alyansın sayıq davrandığını və vəziyyəti daim nəzarətdə saxlayacağını deyib.

“Nüvə silahının ritorikası ehtiyatsızlıqdır, təhlükəlidir. Onun məqsədi, əlbəttə ki, bizi Ukraynanı dəstəkləməkdən çəkindirməkdir, lakin o, buna nail olmayacaq”, - deyə Stoltenberq vurğulayıb.


Geri dön