Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 9-cu sanksiyalar paketini təsdiqləyib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə TASS məlumat verib.
Avropa Komissiyası rəhbərinin müavini Valdis Dombrovskis “Twitter“də bildirib ki, Rusiyaya məxsus 168 hərbi sənaye, dağ-mədən və energetika sektoruna aid şirkət Avropa İttifaqının (Aİ) qara siyahısına daxil edilib.
“Sanksiyalarla həmçinin, Rusiyanın energetika və dağ-mədən, Rusiya biznesinin xidmət sektoruna (reklam, bazar araşdırması, ictimai rəy sorğuları və s.) investisiya qadağalarını genişləndiririk”, - o vurğulayıb.