Ana Sayfa > Karusel / Region > Azərbaycan və Türkiyə hökumətləri arasında Saziş və Fəaliyyət Planı təsdiqlənib
Azərbaycan və Türkiyə hökumətləri arasında Saziş və Fəaliyyət Planı təsdiqlənib16-12-2022, 16:50. Yazar: Admin |
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında toxumçuluq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilib. Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmanda qeyd olunan Saziş qüvvəyə mindikdən sonra Kənd Təsərrüfatı Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb. Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Fərmanı da imzalayıb. Geri dön |