"ABŞ Federal Ehtiyatlar Sistemi (FED) yenidən uçot dərəcəsinin artırılması ilə bağlı qərar qəbul etdi. Uçot stavkası 4.4 faiz müəyyənləşdirilən Birləşmiş Ştatlarda 2007-ci ildən sonra ən yüksək dərəcə tətbiq olunur".
Qarabaginfo.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, 2022-ci ildə dollar 6 səbət valyutaya nisbətən kəskin möhkəmlənsə də, son qərardan sonra birjalarda ciddi dalğalanma müşahidə olunmur:
"2022-ci il artıq başa çatır. Mərkəzi Bankın 2023-cü il üçün pul-kredit siyasətininin ümumi istiqamətlərində baş bank maliyyə stabilliyini qoruyub saxlamağa çalışacağını bəyan edib. Bununla yanaşı, Mərkəzi Bankda gələn il manata təsir edən faktorların da nəzərə alınacağı gizlədilmir. Göründüyü kimi, gələn il xarici faktorlar məzənnə siyasətinin həyata keçirilməsində heç də az əhəmiyyətli olmayacaq. Amma, Mərkəzi Bank tərəfindən mövcud məzənnə siyasəti nəzərə alınmaqla daha uzunmüddətli dövr üçün rəsmi proqnozların elan edilməsi məqsədəuyğun olardı. Bu milli valyutada yığımlar və uzunmüddətli sərmayə qoyuluşları, xüsusən də yerli investisiya baxımından da vacibdir. Əvvəllər də qeyd etdiyimiz kimi, manatın məzənnəsinə ölkəyə daxil olan valyutanın həcmi, xüsusən də Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği təsir göstərir. Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutaların məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir.
Bütün bunlarla yanaşı xatırlatmaq lazımdır ki, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə tam intervensiya imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".
Deputat qeyd edib ki, Azərbaycan Mərkəzi Bank ilin sonunadək manata təhdidlərin olmadığını bildirib: