Ana Sayfa > Karusel / Region > DMX: Hazırda Azərbaycanda 7036 Ukrayna vətəndaşı yaşayır, İrandan gələnlər də var
DMX: Hazırda Azərbaycanda 7036 Ukrayna vətəndaşı yaşayır, İrandan gələnlər də var16-12-2022, 16:16. Yazar: Admin |
"Hazırda ölkəmizdə 167 min əcnəbi yaşayır. Bunların içərisində qonşu ölkələrin - Rusiya, Gürcüstan, İran, Türkiyə və Ukrayna vətəndaşları üstünlük təşkil edir". Qarabaginfo.az xəbər verir ki, bunu Dövlət Miqrasiya xidməti rəisi Vüsal Hüseynov jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, Ukraynadakı hadisələrə görə fevral ayından müəyyən sayda Ukrayna vətəndaşı təxliyə edilib. "Hazırda ölkəmizdə 7036 Ukrayna vətəndaşı yaşayır. İrandan da Azərbaycana gələnlər var . Onların dəqiq statistikası bəlli deyil. Onlar hava yolu ilə ölkəmizə daxil olurlar”, - deyə o əlavə edib Geri dön |