Ana Sayfa > Karusel / Qarabağ > Şuşa-Laçın yolu bu gün açılır?

Şuşa-Laçın yolu bu gün açılır?


16-12-2022, 15:19. Yazar: Admin
Qondarma rejimin “dövlət naziri” Ruben Vardanyan canlı efirdə Xankəndinə artıq az verildiyini elan edib.

Qarabaginfo.az erməni mediasına istinadən xəbər verir ki, bunu canlı yayında R.Vardanyan deyib və qaz verilişini özlərinin qələbəsi kimi təqdim edib:

“Heç bir ilkin şərt olmadan, heç bir güzəşt olmadan, qonşu dövlət qaz nəqlini bərpa etdi və bu, bizim qələbəmizdir. Yol bu gün gün ərzində açıla bilər. Buna qərar verdilər. Onlar xaricdən güclü təzyiqlərə məruz qaldılar”.

Qeyd edək ki, bu gün Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının artıq beşinci günüdür. Dekabrın 12-dən yolda Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının nümayəndələri dinc aksiya keçirir.(XəzərNews.az)

Geri dön