Ana Sayfa > Karusel / Sosial > Məbləği 15 min manatdan artıq olan daşınar əmlak nağdsız qaydada alınacaq

Məbləği 15 min manatdan artıq olan daşınar əmlak nağdsız qaydada alınacaq


16-12-2022, 14:03. Yazar: Admin

Məbləği 15 min manatdan artıq olan daşınar əmlak nağdsız qaydada alınacaq

Ümumi məbləği 15 min manatdan artıq olan daşınar əmlakın alqı-satqısı yalnız nağdsız qaydada həyata keçiriləcək.

Qarabaginfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən yeni - 3.4.16-cü maddədə əksini tapıb.

Layihəyə əsasən, rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə (avtomobil satışı istisna olmaqla) ümumi məbləği 15 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Qanun qəbul ediləcəyi halda 2023-cü il fevralın 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


Geri dön