Ana Sayfa > Karusel / Qarabağ > Etirazçılar icazə verdi, ermənilərə yardım APARILDI

Etirazçılar icazə verdi, ermənilərə yardım APARILDI


16-12-2022, 12:37. Yazar: Admin

Etirazçılar icazə verdi, ermənilərə yardım APARILDI

 

Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Qarabaginfo.az xəbər verir ki, razılaşmaya əsasən, nəqliyyat vasitələri maneəsiz şəkildə hərəkət edib.

 

Məlumata görə, Rusiya sülhməramlılarına məxsus maşınlarda ermənilərə humanitar yardım aparılıb.

 

Xatırladaq ki, Laçın yolunda azərbaycanlılar tərəfindən başladılan dinc aksiya beş gündür davam edir.

 

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

 

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.(modern.az)


Geri dön