Ana Sayfa > Karusel > Terroru təşkil edənlər bədəlini ödəyəcəklər - Altun

Terroru təşkil edənlər bədəlini ödəyəcəklər - Altun


16-12-2022, 11:54. Yazar: Admin

Terroru təşkil edənlər bədəlini ödəyəcəklər - Altun

 

Türkiyə Cümhuriyyəti Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Diyarbakırda törədilən terror aktına münasibət bildirib.

 

Qarabaginfo.az xəbər verir ki, Altun bu barədə tviter səhifəsində yazıb.

 

"Diyarbakırda baş verən terror hücumunda yaralanan polis əməkdaşlarına şəfa diləklərimi çatdırıram. Allah şəfa versin. Terroru təşkil edənlər bunun bədəlini ödəyəcəklər. Terrorla mübarizəmizə bütün sahələrdə davam edirik", - deyə F.Altun qeyd edib.

 

Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyənin Diyarbakır şəhərində polisə məxsus nəqliyyat vasitəsi partladılıb. Hadisə nəticəsində 9 nəfər yaralanıb. Şübhəli şəxs qismində 5 nəfər saxlanılıb. Hazırda araşdırmalar davam etdirilir.


Geri dön