Ana Sayfa > Karusel > Manatın məzənnəsi möhkəmlənib

Manatın məzənnəsi möhkəmlənib


16-12-2022, 11:44. Yazar: Admin

Manatın məzənnəsi möhkəmlənib

 

Monetar şərait inflyasiyaya azaldıcı təsir göstərməkdə davam edir. 

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

 

Manatın nominal effektiv məzənnəsinin bahalaşması inflyasiya təzyiqlərini məhdudlaşdıran mühüm amillərdən biri olaraq qalır. 11 ayda nominal effektiv məzənnənin möhkəmlənməsi tempi 7.9% təşkil edib.

 

Sterilizasiya əməliyyatlarının həcminin genişlənməsi pul təklifinin artımını məhdudlaşdırmaqla inflyasiya təzyiqlərini azaldır. 11 ayda manatla pul bazası cəmi 7.3% artmışdır. Dekabr ayında pul bazası başlıca olaraq fiskal əməliyyatlardan təsirlənəcək.


Geri dön