Bu gün gənclər arasında boks üzrə Azərbaycan birinciliyinə start veriləcək.
Qarabaqinfo.az-in məlumatına görə, Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.
Bununla yanaşı, yeniyetmə və gənc qızlar, həmçinin qadın boksçular arasında da ölkənin ən güclüsü bəlli olacaq.
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, birinciliyin baş hakimi Emil Qurbanəliyev olacaq. APA