Media nümayəndələri Kəlbəcərdə partlayış baş verən əraziyə baş çəkiblər.
Partlayış nəticəsində sıradan çıxan texnikanın görüntlərini qeydə alıb.
Xatırladıq ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı və 4 hərbi qulluqçu Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.Hadisə nəticəsində 1 hərbi qulluqçu şəhid olub, 7 nəfər isə xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, Vətən Müharibəsindən sonra ümumilikdə 276 nəfər minaya düşüb, onlardan 123 nəfər mülki şəxs, 153 nəfər hərbi qulluqçudur. Mina partlaması nəticəsində 45 nəfər həlak olub (35 nəfər mülki şəxs, 10-u hərbi qulluqçu), 231 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb (88 nəfər mülki şəxs, 143 nəfər hərbi qulluqçu).