Ana Sayfa > Karusel / Təhsil > Belə halda mən pis nazir oluram – Emin Əmrullayev

Belə halda mən pis nazir oluram – Emin Əmrullayev


15-12-2022, 13:34. Yazar: Admin

Belə halda mən pis nazir oluram – Emin Əmrullayev

 

Biz həmişə yaş amilini diqqətdə saxlayırıq.

 

Qarabaginfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə səsləndirilən sualları cavablandırarkən deyib.

 

"Bu gün mən 65 yaşlı müəllimi işdə saxlayıramsa, yaxşı nazir, amma 23 yaşlı müəllimə işləməyə imkan vermirəmsə, pis nazir oluram. Nəticə etibarı ilə hər ikisi də işləmək istəyir, düzgün balans qurmaq lazımıdır. Statistikaya baxsaq, müəllimlərin çoxu məktəbdə dərs demir. Ya ailə qurur, ya da ixtisasını dəyişir", - deyə nazir vurğulayıb.


Geri dön