Ana Sayfa > Karusel / Cəmiyyət > Prezidentin köməkçisi: “Qurban bayramı ilə bağlı tədbirlər planı hazırlanır”

Prezidentin köməkçisi: “Qurban bayramı ilə bağlı tədbirlər planı hazırlanır”


20-07-2020, 17:39. Yazar: Admin

Şahmar Mövsümov: Koronavirusla mübarizədə qalib gəlmək üçün hamımız səfərbər olmalıyıq - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Qurban bayramı ilə bağlı müvafiq tədbirlər planı hazırlanır”.

Qarabaginfo.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Azərbaycan Prezidentinin köməkçisi deyib ki, bayramın bayram əhval-ruhiyyəsində keçirilməsi üçün xüsusi tədbirlər hazırlanır, bu barədə əhaliyə məlumat veriləcək.


Geri dön