Ana Sayfa > Karusel / Cəmiyyət > Bu günə qədər Azərbaycanda 19 490 nəfər koronavirusdan sağalıb

Bu günə qədər Azərbaycanda 19 490 nəfər koronavirusdan sağalıb


20-07-2020, 17:16. Yazar: Admin

 

Azərbaycanda 19 490 nəfər koronavirusdan sağalıb

Hazırkı dövrədək ölkəmizdə 27 min 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib:

"Onlardan 19 490 nəfər müalicə olunaraq sağalıb, 363 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 037 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 817, ötən müddət ərzində isə 634 698 test aparılıb.


Geri dön