Ana Sayfa > Karusel / Kriminal > Bakı metrosunda cibgirlik edənlər tutuldu

Bakı metrosunda cibgirlik edənlər tutuldu


14-12-2022, 17:45. Yazar: Admin

Bakı metrosunda cibgirlik edənlər tutuldu

 

Bakı metrosunda cibgirlik edən şəxslər tutulub.

 

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində metronun müxtəlif stansiyalarında cibgirlik yolu ilə iki və daha artıq şəxsdən mobil telefon və pul oğurlamaqda şübhəli bilinən Samil Kərimov və Adil Paşayev saxlanılıb.

 

"Onların əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət etmələri tövsiyə olunur. Metropolitendə Polis Şöbəsində araşdırmalar davam etdirilir", - məlumatda qeyd olunub.


Geri dön