Ana Sayfa > Karusel / Siyasət > Almaniya səfiri: Artıq Orta Dəhliz meydana çıxıb və Azərbaycanın burada vacib rolu var

Almaniya səfiri: Artıq Orta Dəhliz meydana çıxıb və Azərbaycanın burada vacib rolu var


14-12-2022, 15:55. Yazar: Admin

Ambassador Dr. Ralf Horlemann (@GerAmb_Baku) / Twitter

Ukraynada Rusiyanın başlatdığı müharibədən sonra Azərbaycan Avropanın çox vacib enerji tərəfdaşına çevrilib.

Qarabaginfo.az xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann ADA universitetində tələbələrlə müzakirəsində deyib.

O bildirib ki, qaz və neft resursları ilə yanaşı, Azərbaycanın bərpa olunan enerji resursları da var. Ralf Horlemann qeyd edib ki, bu sahədə Avropa ilə əməkdaşlıq imkanları genişdir və artıq yaranmaqdadır.

Səfir əlavə edib ki, Rusiya-Ukrayna müharibəsi ənənəvi ticarət yollarına, kommunikasiyaya da təsir edib. Belə ki, artıq Rusiya vasitəsilə Avropa və Asiya arasında ticarət yolu məhdudlaşıb. “Artıq Orta Dəhliz meydana çıxıb və Azərbaycanın burada vacib rolu var və Azərbaycan üçün geniş imkanlar var”, - diplomat vurğulayıb.


Geri dön