Ana Sayfa > Karusel > Yunanıstana qaçmaq istəyən FETO-çular SAXLANILDI
Yunanıstana qaçmaq istəyən FETO-çular SAXLANILDI14-12-2022, 11:56. Yazar: Admin |
Türkiyənin Edirne vilayətində qanunsuz yollarla sərhədi keçərək Yunanıstana qaçmağa cəhd edən 5 nəfər saxlanılıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Vilayətin Meriç rayonu ərazisində saxlanılan şəxslərin FETO terror təşkilatı ilə əlaqələri üzə çıxıb.
Bildirilib ki, Edirne Jandarm Komandanlığında saxlanılan şəxslərlə bağlı araşdırmalar davam etdirilir. Geri dön |