Ana Sayfa > Karusel > Sülhməramlıların komandanı ilə əlaqə saxlayırıq - Prezidentin köməkçisi
Sülhməramlıların komandanı ilə əlaqə saxlayırıq - Prezidentin köməkçisi13-12-2022, 17:17. Yazar: Admin |
"Rusiya sülhməramlılarına məktublar yollamışıq, onların komandanı ilə əlaqə saxlayırıq".
Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus nümayəndələri ilə görüşündə deyib.
“Hər kəs çox yaxşı xəbərdardır ki, işğal illərində və ərazilərin işğaldan azad olduğu dövrdə Azərbaycanın suverenliyi ilə bağlı məsələlər cəmiyyətimizdə ciddi narahatlıq doğurur. Buna görə də Azərbaycanın vətəndaş cəmiyyətinin fəalları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, digər fəallar və qruplar Şuşa-Xankəndi-Laçın yolunun kəsişməsində toplaşaraq etirazlarını bildiriblər”, - deyən Hikmət Hacıyev vurğulayıb ki, etirazçıların söylədikləri fikirlər bütün hüquqi çərçivələrə uyğundur.
Prezidentin köməkçisi qeyd edib ki, onlar qanuni tələblər irəli sürürlər, qeyri-qanuni heç nə istəmirlər. Həmçinin onların səsləndirdikləri şüarlarda ekoloji terrordan da bəhs olunur. Onlar Qarabağda ekoloji terrora son qoyulmasını tələb edirlər. Geri dön |