Ana Sayfa > Karusel / Qarabağ > Nazirlikdən aksiyaya dəstək: “Abidələrin monitorinqinə hazırıq”

Nazirlikdən aksiyaya dəstək: “Abidələrin monitorinqinə hazırıq”


13-12-2022, 16:44. Yazar: Admin

Nazirlikdən aksiyaya dəstək: “Abidələrin monitorinqinə hazırıq”

 

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçilərinin Laçın yolunda keçirdiyi aksiyaya Mədəniyyə Nazirliyi də qoşulub.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Modern.az-a nazirliyin mətbuat katibi əvəzi Nuridə Allahyarova məlumat verib.

 

"Mədəniyyət Nazirliyi olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları və mütəxəssisləri ilə birgə işğaldan azad edilmiş bütün ərazilərdə, o cümlədən müvəqqəti Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətində olan məntəqələrdə yerləşən tarixi abidələrin monitorinqini keçirməyə hazırıq", - nazirlik rəsmisi bəyan edib.


Geri dön