Ana Sayfa > Karusel / Region > Paşinyan təcili Təhlükəsizlik Şurasını TOPLADI

Paşinyan təcili Təhlükəsizlik Şurasını TOPLADI


13-12-2022, 12:41. Yazar: Admin

Paşinyan təcili Təhlükəsizlik Şurasını TOPLADI

 

Ermənistan baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının (TŞ) toplantısını keçirib.

 

Qarabaginfo.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, iclas növbədənkənar qaydada çağırılıb.

 

Bildirilib ki, iclasda Ermənistan prezidenti Vahaqn Xaçaturyan, parlamentin spikeri Alen Semonyan, baş nazirin aparatının rəhbəri Arayik Harutunyan, parlamentdəki hakim "İctimai Müqavilə" fraksiyasının rəhbəri Hayk Koncaryan iştirak edib.

 

Növbədənkənar iclasda regiondakı vəziyyət və Laçın yolundakı hadisələr ətrafında müzakirələr aparılıb.(Modern.az)


Geri dön