Ana Sayfa > Karusel / Region > Ərdoğan Türkmənistana gedir 

Ərdoğan Türkmənistana gedir 


13-12-2022, 09:56. Yazar: Admin

Ərdoğan Türkmənistana gedir 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 13-də Türkmənistana səfər edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Ərdoğanın dekabrın 13-14-də Türkiyə-Azərbaycan-Türkmənistan prezidentlərinin Birinci Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana səfər edəcəyi bildirilir.

Qeyd edilib ki, səfər Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun dəvəti ilə baş tutacaq.

Dekabrın 14-də Avazda Türkiyə-Azərbaycan-Türkmənistan Prezidentlərinin Birinci Zirvə Toplantısı keçiriləcək. Ərdoğan, eləcə də Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak edəcək.


Geri dön