Ana Sayfa > Karusel / Manşet > Aİ-nin Rusiyaya qarşı sanksiyaları bu sahəyə təsir etməyəcək

Aİ-nin Rusiyaya qarşı sanksiyaları bu sahəyə təsir etməyəcək


12-12-2022, 20:22. Yazar: Admin

Aİ-nin Rusiyaya qarşı sanksiyaları bu sahəyə təsir etməyəcək 

Avropa İttifaqının (Aİ) Moskvaya qarşı doqquzuncu sanksiyalar paketdə Rusiyanın nüvə enerjisinə məhdudiyyətlər olmayacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyerto bildirib.

O, 141 şəxsin sanksiyalara məruz qalacağını qeyd edib.

“Biz mövcud vəziyyətə uyğun olaraq nüvə enerjisinin sanksiyalar paketinin bir hissəsi olmayacağına nail ola bildik”, - deyə nazir qeyd edib.

Xatırladaq ki, bu gün, dekabrın 12-də Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi müzakirə olunur. KİV-in məlumatına görə, yeni paketə pilotsuz uçuş aparatlarının tədarükünə məhdudiyyətlər, mədən sənayesinə investisiya qoyuluşunun qadağan edilməsi və iki Rusiya bankının hesablarının dondurulması daxildir. 


Geri dön