Ana Sayfa > Karusel > Bayramov Zəngəzur dəhlizindən danışdı

Bayramov Zəngəzur dəhlizindən danışdı


12-12-2022, 17:53. Yazar: Admin

 

Zəngəzur dəhlizi regional sülhün və dayanıqlığın təminində müsbət rol oynayacaq.

Qarabaginfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov dekabrın 12-də Avropa İttifaqı Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirlərinin görüşündə deyib.

"Bölgədəki nəqliyyat və kommunikasiya əlaqələri kontekstində Transxəzər Şərq-Qərb Orta Dəhlizin geniş iqtisadi və investisiya imkanlarını və Azərbaycandan keçən tranzit axınlarının 2022-ci ildə 70% artdığını qeyd etmək istərdim. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində formalaşan nəqliyyat qovşağı, o cümlədən Zəngəzur dəhlizi regional sülhün və dayanıqlığın təmin olunmasında müsbət rol oynayacaq, bölgədə ticarətin inkişafına töhfə verəcək", - nazir bildirib.

 


Geri dön