“Ermənistan ərazisində Zəngəzur Mis-Molibden Kombinatı və digər müəssisələrin tullantı sularının təmizlənmədən axıdılması səbəbindən Oxçuçayda ekoloji fəlakət vəziyyəti yaranıb”.
Qarabaginfo.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
O bildirib ki, vaxtilə tədbirlər görüldü, vəziyyət stabilləşdirildi: “Lakin noyabrın 30-dan etibarən orda suda zərərli maddələrin dəfələrlə çox olması müəyyən edilib. Bununla bağlı həm qarşı tərəfə, həm də beynəlxalq təşkilatlara müraciət etsək də, heç bir tədbir görülmədi".