Ana Sayfa > Karusel / Siyasət > Aİ: Təhlükəsiz və firavan Cənubi Qafqaz üçün fəaliyyətimizi davam etdirməliyik

Aİ: Təhlükəsiz və firavan Cənubi Qafqaz üçün fəaliyyətimizi davam etdirməliyik


12-12-2022, 15:01. Yazar: Admin

Cozep Borrell

 

“Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə Avropaya yenidən müharibəni qaytarıb”.

Qarabaginfo.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell "Twitter"də bildirib.

“Bu gün biz çox fərqli bir Şərq qonşuluğu görürük. Biz Aİ-nin regionda daha çox iştirakı, inteqrasiyası və "Şərq Tərəfdaşlığı"nın tərəfdaşlarının problemlərinə və fərqli ehtiyaclarına uyğunlaşdırılması çağırışını eşidirik. İllik "Şərq Tərəfdaşlığı" XİN başçılarının görüşündə mən təklif edirəm ki, regional əməkdaşlıq üçün vasitə kimi genişlənmə prosesinə paralel olaraq "Şərq Tərəfdaşlığı" siyasətimizi davam etdirək. Biz təhlükəsizlik və müdafiə sahəsində işi gücləndirməli, təhlükəsiz, sabit və firavan Cənubi Qafqaz üçün fəaliyyətimizi davam etdirməliyik", - Borrell qeyd edib.


Geri dön