Ana Sayfa > Karusel / Manşet > Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub


11-12-2022, 19:02. Yazar: Admin

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Vladimir Zelenski "Tvitter"-də paylaşım edib.

 

Ukrayna Prezidenti türkiyəli həmkarına ukraynalı uşaqlara dəstəyə və Türkiyənin Ukraynaya yüzlərlə generator göndərməsinə görə təşəkkürünü çatdırıb. Vladimir Zelenski Ankaranın Kiyevin “GrainFromUkraine” təşəbbüsünü dəstəklədiyini qeyd edib.

Telefon danışığı zamanı taxıl dəhlizi ilə bağlı məsələlər də müzakirə olunub.


Geri dön