Ana Sayfa > Karusel / Manşet > Bakıda yataqxanada yanğın olub, sakinlər təxliyə edilib

Bakıda yataqxanada yanğın olub, sakinlər təxliyə edilib


11-12-2022, 00:25. Yazar: Admin

Bakıda yataqxanada yanğın olub, sakinlər təxliyə edilib

Bakı şəhərinin Nərimanov rayonunda yerləşən üçmərtəbəli yataqxanada yanğın olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, binanın 3-cü mərtəbəsində ümumi sahəsi 20 m² olan otağın yanar konstruksiyaları və ev əşyaları yanıb.

"Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas edilib, 10 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb",- deyə məlumatda qeyd olunub. (apa.az)


Geri dön