Ana Sayfa > Karusel / Manşet > BBMM-in Himayəçilik Şurasının yeni tərkibi təsdiq edilib
BBMM-in Himayəçilik Şurasının yeni tərkibi təsdiq edilib10-12-2022, 19:16. Yazar: Admin |
Prezident İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının yeni tərkibinin təsdiqi və “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 8 noyabr tarixli 657 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının aşağıdakı yeni tərkibi təsdiq edilib: Abdullayev Kamal Mehdi oğlu Əbdüləziz bin Osman əl-Tüveycri Əliyeva Fərəh Şirməmməd qızı Əliyeva Leyla İlham qızı Əli-zadə Firəngiz Əli Ağa qızı Həbibbəyli İsa Əkbər oğlu Koiçiro Matsuura Şarovski Aleksandr Yakovleviç Vəlixanova Nailə Məmmədəli qızı Zabelin Mixail Yuryeviç. “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 8 noyabr tarixli 657 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2313) 1-ci hissəsi ləğv edilib. Geri dön |