Ana Sayfa > Karusel / Manşet > Ceyhun Bayramov Almaniya səfiri ilə regional vəziyyəti müzakirə edib
Ceyhun Bayramov Almaniya səfiri ilə regional vəziyyəti müzakirə edib9-12-2022, 20:48. Yazar: Admin |
9 dekabr tarixində xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfiri Ralf Hörleman ilə görüşüb. XİN-dən bildirilib ki, nazir yeni təyinatı münasibətilə səfiri təbrik edərək, Azərbaycan-Almaniya əlaqələrinin inkişafı istiqamətində fəaliyyətində uğurlar arzulayıb. Bu il diplomatik münasibətlərin 30 illiyinin qeyd olunduğu Almaniya ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdıraraq, cari ilin mart ayında Almaniyaya səfərini və xarici işlər naziri Annalena Beerbok daxil olmaqla keçirilmiş görüşləri məmnunluqla xatırlayıb. Görüş zamanı, ikitərəfli və regional vəziyyət, enerji təhlükəsizliyi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın enerji təhlükəsizliyi, enerji resurslarının Avropaya ixracı və alternativ enerji resurslarının inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi işlər və perspektivlər müzakirə olunub. Görüşdə, həmçinin 44 günlük Vətən müharibəsindən sonra cari regional vəziyyət, sülh quruculuğu səyləri, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri, eləcə də işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” layihələri barədə qarşı tərəfə məlumat verilib. Səfir Hörleman Maniq diplomatik münasibətlərinin qurulmasının 30 illiyinin qeyd olunması münasibətilə təbriklərini çatdıraraq, Azərbaycanın Almaniya üçün Cənubi Qafqazda vacib iqtisadi tərəfdaş olduğunu vurğulayıb. Azərbaycan və Almaniya arasında tarixi əlaqələrə nəzər salınıb. Səfir ölkələrimiz arasında energetika və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruri olduğunu bildirib. Daha sonra, Azərbaycanla Almaniya arasında humanitar və mədəniyyət sahəsində əməkdaşlıq, habelə digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Geri dön |