Ana Sayfa > Karusel > Zelenski Ərdoğana təşəkkür etdi

Zelenski Ərdoğana təşəkkür etdi


9-12-2022, 15:33. Yazar: Admin

Zelenski Ərdoğana təşəkkür etdi

 

Ukrayna prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

 

Qarabaginfo.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Zelenski Türkiyədə keçirilən “TRT World Forum”a videomüraciəti zamanı Türkiyənin Ukrayna məsələsindəki rolunu yüksək qiymətləndirib.

 

O, Türkiyənin vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında baş tutan əsirlərin qarşılıqlı olaraq dəyişdirilməsinə kömək etdiyinə görə Ərdoğana minnətdar olduqlarını söyləyib.

 

“Türkiyə prezidentinə təşəkkürümü bildirirəm”, - Zelenski deyib.


Geri dön