Ana Sayfa > Karusel / Region > Qriqoryan: Bakı və İrəvan arasında sülh müqaviləsinin yalnız bir bəndi razılaşdırılıb

Qriqoryan: Bakı və İrəvan arasında sülh müqaviləsinin yalnız bir bəndi razılaşdırılıb


9-12-2022, 14:01. Yazar: Admin

Qriqoryan: Bakı və İrəvan arasında sülh müqaviləsinin yalnız bir bəndi razılaşdırılıb

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi layihəsinə ölkələr arasında mövcud olan bütün problemli məsələlər daxildir.

Qarabaginfo.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan parlamentində çıxışı zamanı

“Rəsmi İrəvanla Bakı arasında sülh müqaviləsi layihəsinin yalnız bir bəndi - Vyana Konvensiyasına uyğun olaraq diplomatik münasibətlərin qurulması razılaşdırılıb”, - o qeyd edib.

O həmçinin qeyd edib ki, sülh müqaviləsi layihəsinin mətni üç dəfə redaktə olunub və hazırda Ermənistan tərəfi onun üzərində işləyir.

“Layihənin digər bəndləri üzrə dəqiq razılıq yoxdur”, - Qriqoryan vurğulayıb.

Onun sözlərinə görə, söhbət qondarma “Dağlıq Qarabağ”ın problemlərindən, sərhədlərin delimitasiyası və demarkasiyası, bağlı yolların açılması, humanitar məsələlərdən gedir. Ümumiyyətlə, bu məsələlərlə bağlı müzakirələr davam edir və bütün bu problemli məqamlar Ermənistan əhalisinə məlumdur.


Geri dön