Ana Sayfa > Karusel / Manşet > Böyük Qayıdışa 19,2 milyard manat ayrılacaq
Böyük Qayıdışa 19,2 milyard manat ayrılacaq9-12-2022, 12:01. Yazar: Admin |
“İlkin hesablamalara görə, inkişaf strategiyasının icrası məqsədilə ümumilikdə büdcədən 32,7 milyard manat vəsait tələb olunur. Bunun da 19,2 milyard manat və ya 58,7 faizi işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı təmin edilməsinə yönəldiləcək”. Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Azərbaycanın Baş Naziri Əli Əsədov bildirib. “2023-cü ilin dövlət büdcəsinə gəldikdə isə, inkişaf strategiyası ilə nəzərdə tutulan layihə və tədbirlərin maliyyləşdirilməsi üçün 5,2 milyard manat vəsait nəzərdə tutulub. Bu vəsaitin də 3 milyard manatı işğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpasına xərclənəcək. 2022-ci ilə müqayisədə bu rəqəm 12,4 faiz çoxdur”,- deyə Baş nazir qeyd edib. Geri dön |